Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığının 10 illik yubileyinə həsr olunmuş nazirlər iclasında iştirak etmək məqsədilə İsveç Krallığına yola düşüb.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 4-6 noyabr tarixlərində Şərq Tərəfdaşlığının 10 illik yubileyinə həsr olunmuş konfrans çərçivəsində nazirlərin görüşü olacaq. Eyni zamanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə müzakirələrin də aparılması nəzərdə tutulub.