Bank Of Baku

Həsən Ruhani və Cavad Zərif Azərbaycana səfər edəcəklər

Həsən Ruhani və Cavad Zərif Azərbaycana səfər edəcəklər
# 05 avqust 2019 15:09 (UTC +04:00)

İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcəklər. 

Bu barədə APA-nın yerli bürosuna eksklüziv açıqlamasında Məhəmməd Cavad Zərif məlumat verib. 

Cavad Zərif bildirib ki, o, İran Prezidenti ilə birgə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək XVIII zirvə görüşündə iştirak üçün Azərbaycana gələcək. 

“İran Azərbaycanla çox yüksək səviyyədə əlaqələrə sahibdir. Ölkəmiz Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək XVIII zirvə görüşündə İran ən yüksək səviyyədə iştirak edəcək”, - iranlı nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR