İƏT Nazirlər Şurasının yekun sənədinə Azərbaycanın maraqlarına uyğun iki maddə salınıb

İƏT Nazirlər Şurasının yekun sənədinə Azərbaycanın maraqlarına uyğun iki maddə salınıb
  • Clock-gray 17:24
  • calendar-gray 09 Noyabr 2019

“İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 24-cü iclasının yekun sənədində Azərbaycanın maraqlarına uyğun iki maddə salınıb. Bunun bu günə təsadüf etməsi xüsusilə önəmlidir. Çünki bu gün Azərbaycanın Dövlət Bayrağı Günüdür. Azərbaycanın bu gözəl bayram münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm". 

APA-nın məlumatına görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İƏT-in Nazirlər Şurasının Antalyada keçirilən 24-cü iclasının yekunlarını şərh edərkən bu fikirləri söyləyib. 

Nazir deyib ki, bugünkü iclasın yekun sənədində Ermənistanın bölgədə iqtisadi inkişafa maneə törətməsi, xüsusilə də Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməklə regionun iqtisadi potensialının azalmasına səbəb olması barədə iki bənd var.

Nazir bildirib ki, Türkiyə bundan sonra da beynəlxalq səviyyədə Azərbaycanın haqq işini müdafiə etməkdə qərarlıdır.
 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date