Əli Əsədov və Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub

Əli Əsədov və Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub
# 05 mart 2021 13:57 (UTC +04:00)

Martın 5-də Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş nazir Əli Əsədov Fuat Oktaya Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.

Telefon danışığı əsnasında fevralın 19-da Ankarada keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış Protokolun və Fəaliyyət Planlarının icrası ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR