Nazir: "İşğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətlər aradan qaldırılmasa, regional iqtisadi əməkdaşlıq mümkün deyil"

Nazir: "İşğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətlər aradan qaldırılmasa, regional iqtisadi əməkdaşlıq mümkün deyil"
  • Clock-gray 17:15
  • calendar-gray 09 Noyabr 2019

“İƏT bölgəsində həll olunmamış münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi bizim hərtərəfli əməkdaşlığımızın qarşısını alır”.

APA-nın xəbərinə görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, yerindəcə mövcud olan təhdidedici reallıqlar həllini tapmalıdır ki, ölkələrimiz arasında daha çox əməkdaşlığa imkan yaransın: “Həmçinin kommünikedə əks olunmuş digər mühüm bir müddəa mövcud münaqişələr və birgə təhdidlər də daxil olmaqla bölgədəki digər təzyiqlərin qarşısını almağı nəzərdə tutur.

Təəssüf ki, bu, sadəcə reallığın siyasi şəkildə əks olunması deyil, həmçinin bölgəmiz üçün iqtisadi imkanların itirilməsi deməkdir. Məsələn, əgər torpaqlarımız Ermənistan tərəfindən işğal olunmasaydı, o zaman İran və Naxçıvan arasında birbaşa dəmir yolu əlaqəmiz ola bilərdi. Bu münasibətlər həmrəylik prinsiplərinə əsaslanırlar və bu daha da güclənməlidir. Siyasi və hərbi təhdidlər, o cümlədən işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətlər aradan qaldırılmasa, regional iqtisadi əməkdaşlıq mümkün deyil. Buna görə 2017-ci il İslamabad Sammitinin Bəyannaməsində bu mövzu ilə əlaqədar vurğulanan məqamlar İƏT üzv dövlətlərinin öz milli və regional fəaliyyətlərində aktuallaşdırılmalıdır”.

 

Kəmalə Quliyeva

Digər xəbərlər

Arxiv

date