Prezident: “Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir”

 Prezident: “Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir”
# 15 oktyabr 2019 13:27 (UTC +04:00)

“Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir”.

APA-nın məlumatına görə, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Türk Şurasının VII Zirvə Görüşü Naxçıvan sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf edir: “2009-cu ilin oktyabrında Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz Türk Dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdirdik. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi Türk Dünyası üçün böyük rəmzi əhəmiyyətə malikdir”.

Prezident İlham Əliyev qeyd edib ki, ötən 10 il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib: “Türk Şurası ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayıb. Türk Şurasının beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. Türksoy, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimzin tədqiqi, maddi və mənəvi dəyərləriimizin dünya səviyyəsində tədbliğində əhəmiyyətli rol oynayır. Mənim sərəncamımla 2019-cu il Azərbaycanda "Nəsimi ili" elan edilib. Təqdirəlayiq haldır ki, Türksoy da dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə 2019-cu ili "Nəsimi ili" elan edib”.

Dövlət başçısı nəzərə çatdırıb ki, Türkdilli Ölkələrin Parlament Assambleyası da uğurla fəaliyyət göstərir: “Biz bir neçə parlamentlərarası təşkilatla sıx əməkdaşlıq edirik. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyətimiz xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə kömək edir”.

Dövlət başçısı bildirib ki, Azərbaycan bu gündən Türk Şurasına sədrliyi öz üzərinə götürür.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR