Qazaxıstanda iki nüfuzlu beynəlxalq məhkəmə assosiasiyasının iclasları keçirilib - FOTO

Qazaxıstanda iki nüfuzlu beynəlxalq məhkəmə assosiasiyasının iclasları keçirilib - FOTO
# 20 sentyabr 2019 14:00 (UTC +04:00)

Dünya tarixində ilk dəfə olaraq iki nüfuzlu beynəlxalq təşkilatın – Beynəlxalq Hakimlər Assosiasiyasının 62-ci və Beynəlxalq Məhkəmə İdarəçiliyi Assosiasiyasının 14-cü plenar iclasları Qazaxıstanın dəvəti ilə 15-17 sentyabr tarixlərində Nur-Sultan şəhərində keçirildi. Bununla yanaşı, həmin ərəfədə Avropa Hakimləri Assosiasiyasının da növbəti iclası təşkil olunub.

APA-nın məlumatına görə, iclaslar zamanı üzv dövlətlərdə məhkəmə və hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyi və başqa aidiyyəti mövzular ətrafında geniş müzakirələr aparıldı və müxtəlif dövlətlərin məruzələri dinlənilib.

Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti Tony Pagone (Avstraliya) və Avropa Hakimləri Assosiasiyasının prezidenti Jose İgreja Matosun (Portuqaliya) dəvəti ilə iclaslarda giriş sözü ilə Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti, həmyerlimiz hakim Ramin Qurbanov çıxış edib.

O, Avropa məkanında ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində yaranmış vəziyyət, o cümlədən İsveçrə, Rusiya, Sloveniya, Malta, Fransa, Monteneqro, Albaniya və İspaniya kimi üzv dövlətdə görülmüş tədbirlər barədə məlumat verib.

Həmçinin, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti Ramin Qurbanov və Qazaxıstanın Ali Məhkəməsinin sədri Zakip Asanov, o cümlədən Avropa və Asiya ölkələrinin Ali məhkəmələrinin digər sədrləri arasında ikitərəfli görüşlər keçirilib.

Həmin tədbirlərdə Azərbaycanı Hakimlər Assosiasiyasının sədri Ələddin Cəfərov və Ali Məhkəmənin hakimi Sənan Hacıyev təmsil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR