Ramin Quluzadə: “Azərbaycan və Cənubi Koreya arasında iqtisadi əlaqələr dinamik templə inkişaf edir”

Ramin Quluzadə: “Azərbaycan və Cənubi Koreya arasında iqtisadi əlaqələr dinamik templə inkişaf edir”
# 08 oktyabr 2019 20:43 (UTC +04:00)

“Azərbaycan və Cənubi Koreya arasında siyasi, iqtisadi, maliyyə, elektron dövlət, nəqliyyatın intellektual idarə olunması və fövqəladə hallar sahəsində 50-dən çox sənəd imzalanıb”.

APA-nın xəbərinə görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Cənubi Koreanın Milli Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirdə deyib.

Nazir bildirib ki, son illər ərzində iki ölkə arasında iqtisadi əlaqələr dinamik templə inkişaf edir: “Azərbaycan və Koreya arasında ticarət dövriyyəsinin həcmi 2018-ci ildə 227 milyon ABŞ dolları təşkil edib. Bu 2017-ci illə müqayisədə 2.6 dəfə artıqdır. Son dövr ərzində Koreya şirkətləri Azərbaycanın infrastrukturunun modernləşməsi istiqamətində genişmiqyaslı layihələrdə iştirak edib”.

Nazir deyib ki, Cənubi Koreya Respublikas beynləxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

R.Quluzadə iki ölkə arasında münasibətlərin bundan sonra daha da dərinləşəcəyinə inamını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR