Ərdoğan: “Balkanlardan Türküstana, Qafqazdan Afrikaya qədər hər bir qardaşımızın yanında olacağıq”

Ərdoğan: “Balkanlardan Türküstana, Qafqazdan Afrikaya qədər hər bir qardaşımızın yanında olacağıq”
  • Clock-gray 14:11
  • calendar-gray 24 Fevral 2021

“Regionumuzda min illik varlığımızın bizə miras qoyduğu qardaşlığı, dostluq və insani vəzifələri yerinə yetirmək üçün heç kimdən icazə alası deyilik”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki qrup iclasında çıxışı zamanı deyib.

“Balkanlardan Türküstana, Qafqazdan Afrikaya qədər ürəyimizdəki hər bir qardaşımızın yaxşı və pis günündə yanında olmağa davam edəcəyik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

apa-logo-mini

Digər xəbərlər