Ərdoğan: “Ramazan bayramından sonra Şuşanı ziyarət etmək istəyirik”

Ərdoğan: “Ramazan bayramından sonra Şuşanı ziyarət etmək istəyirik”
# 31 mart 2021 16:11 (UTC +04:00)

“Azərbaycanın bölgəni inkişaf etdirməsi üçün məcburi köçkünlərin torpaqlarına qayıtması böyük əhəmiyyət kəsb edir”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası liderlərinin qeyri-formal görüşündə deyib.

R. T. Ərdoğan qeyd edib ki, Ramazan bayramından sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşanı ziyarət etməyi arzulayır: “Ramazan bayramından sonra Şuşanı ziyarət etməklə, Şuşada yeni bir bayram yaşamağı istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR