Səfirlik İranın Ermənistanla hərbi əməkdaşlığına dair xəbərləri təkzib edib

Səfirlik İranın Ermənistanla hərbi əməkdaşlığına dair xəbərləri təkzib edib
# 18 iyul 2019 16:06 (UTC +04:00)

“İranın Azərbaycandakı səfirliyi iki dost və qonşu ölkə arasında inkişafda olan əməkdaşlığın zəruriliyi və qorunmasına təkid edərək bildirir ki, son günlər Azərbaycanın bəzi xəbər portallarında İranla Ermənistan arasında hərbi-texniki əməkdaşlığa dair yayılmış xəbərlər əsassızdır. Səfirlik bu kimi xəbərləri təkzib edir”.

Bunu APA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Seyid Əli Musəvi deyib.

O qeyd edib ki, İran hər zaman Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır: “Eyni halda regional sülh və sabitliyə xələl yetirə biləcək hər hansı bir addımı pisləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR