Türk Şurasının VII Zirvə Görüşü oktyabrın 14-15-də Bakıda keçiriləcək

Türk Şurasının VII Zirvə Görüşü oktyabrın 14-15-də Bakıda keçiriləcək
# 05 avqust 2019 13:30 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün keçirilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Zirvə Görüşünün keçirilməsi üzrə İşçi qrupu yaradılacaq. Sərəncamda Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü oktyabrın 14-15-də Bakıda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR