Türkmənistan Prezidenti Azərbaycana səfər edəcək

Türkmənistan Prezidenti Azərbaycana səfər edəcək
# 22 oktyabr 2019 11:04 (UTC +04:00)

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edəcək.

APA-nın Türkmənistan Dövlət İnformasiya Agentliyinə (TDX) istinadən verdiyi xəbərə görə, səfər zamanı Q. Berdiməhəmmədov Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə qatılacaq.

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR