Venesuela XİN başçısı: “Mövcud təhdidlərə birgə cavab verməliyik”

Venesuela XİN başçısı: “Mövcud təhdidlərə birgə cavab verməliyik”
# 23 oktyabr 2019 10:46 (UTC +04:00)

“Qoşulmama Hərəkatı beynəlxalq platformada sülh və stabilliyi, o cümlədən çoxtərəfli siyasəti təbliğ edir”.

APA-nın xəbərinə görə, bunu Qoşulmama Hərəkatının 18-ci Zirvə toplantısı çərçivəsində quruma üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşündə Venesuelanın XİN başçısı Xorxe Arreasa Monserrat deyib.

Nazir bildirib ki onun ölkəsi son dövrlər təzyiqlərə məruz qalıb: “Onların məqsədi təbii resurslarımızı istismar etmək, ölkəmizdəki sosial-siyasi vəziyyəti dəyişmək və təbliğ etdiyimiz prinsiplərə təhdid törətməkdir. Venesuela xalqı dialoq istəyir və bu təhdidlərin dayanmasını arzulayır. Xarici müdaxilə beynəlxalq hüquqa, ölkələrin öz müqqədəratını təyin etmə prinsipinə ziddir”.

Onun sözlərinə görə, Qoşulmama Hərəkatı dialoq, tolerantlıq, beynəlxalq münasibətlərdə bərabərliyi və hökumətlər arasında müzakirə və dialoqu təbliğ edir.

Venesuela XİN başçısı qeyd edib ki, ölkəsi quruma sədrlik etdiyi dövrdə Venesuela blokun daha da güclənməsi və beynəlxalq nüfuzunun artması üçün səylər göstərib: “Yeni dünya düzənində fəal aktyor olmaq üçün biz birgə çalışmalıyıq. Mövcud təhdidlərə birgə cavab verməliyik”.

O, Qoşulmama Hərəkatına üzv ölkələrin hökumətlərinə Venesuelaya göstərdikləri dəstəyə görə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR