Xələf Xələfov: "Avqustda Azərbaycan-Gürcüstan sərhədinin razılaşdırılmamış hissələrinə baxış keçiriləcək"

Xələf Xələfov: "Avqustda Azərbaycan-Gürcüstan sərhədinin razılaşdırılmamış hissələrinə baxış keçiriləcək"
# 09 iyul 2019 09:22 (UTC +04:00)

"Azərbaycan və Gürcüstan sərhədlərinin razılaşdırılmamış hissələrinə ekspertlərin növbəti baxışının keçirilməsi üçün hələ vaxt təyin olunmayıb, bu barədə müzakirə aparırıq".

Bunu APA-ya açıqlamasında Xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

X. Xələfovun sözlərinə görə, avqust ayında ekspertlərin növbəti baxışı təşkil olunacaq: "Ekspertlər razılaşdırılmamış hissələrə baxış keçirəcək, sənədləri bir daha araşdıracaq, ümumi təklifləri hazırlayıb təqdim edəcəklər. Biz bundan sonra Azərbaycan və Gürcüstan arasında sərhədlərin delimitasiyası komissiyasının növbəti iclasının tarixlərini müəyyən edəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR