XİN: Ermənistan Qoşulmama Hərəkatının Bakı sammitində iştirakla bağlı qeydiyyatdan keçməyib

XİN: Ermənistan Qoşulmama Hərəkatının Bakı sammitində iştirakla bağlı qeydiyyatdan keçməyib
  • Clock-gray 12:53
  • calendar-gray 22 Oktyabr 2019

“Ermənistanın Qoşulmama Hərəkatı yanında müşahidəçi statusu var. Azərbaycan tərəfi bütün ölkələrin bu Zirvə toplantısında iştirak edə biləcəyini bəyan edib”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov mətbuat konfransında deyib.

Nazir müavini qeyd edib ki, lakin bu günə kimi Ermənistan iştirakla bağlı niyyətini bildirməyib və qeydiyyatdan keçməyib.

Xatırladaq ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date