Azərbaycan məktəblərində dehelmintizasiya kampaniyasına başlanılıb

Azərbaycan məktəblərində dehelmintizasiya kampaniyasına başlanılıb
# 22 dekabr 2006 13:21 (UTC +04:00)
Azərbaycanın Səhiyyə Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (ÜƏP) və Vişnevskaya-Rostropoviç Fondunun (VRF) dəstəyi ilə 2006-cı il üçün dehelmintizasiya tədbirinə başlayıb. Keçirilən tədbirin məqsədi əksəriyyəti Dağlıq Qarabağ münaqişəsi nəticəsində köçkün düşən uşaqların səhhətini və intellektual inkişafını yaxşılaşdırmaqdır.
Proqram çərçivəsində 6-11 yaş arasında 16.000 məktəbli arasında tez-tez rast gəlinən bağırsaq qurdlarına qarşı müalicə alacaqlar. Müalicə olunmadığı halda, bağırsaq qurdları ilə yoluxma bir sıra problemlərə səbəb ola bilər ki, onların sırasına inkişaf tempinin aşağı düşməsi, dərsin mənimsənilməsi ilə bağlı problemlər, çəki azlığı, dizenteriya və anemiya kimi xəstəliklər də daxildir. Bu təşəbbüs ÜƏP-in yardım göstərdiyi 167 məktəbdə həyata keçiriləcək. Tədbir özündə dərmanla müalicəni, uşaqların və əhalinin maarifləndirilməsini, yerli tibbi heyətin bacarıqlarının artırılmasını ehtiva edir. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR