QHT-lərə Dövlət Dəstəyi Agentliyinin hüquq və vəzifələri müəyyənləşib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin hüquq və vəzifələri müəyyənləşib
# 19 aprel 2021 12:38 (UTC +04:00)

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin hüquq və vəzifələri müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq etdiyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nizamnaməsində əksini tapıb. 

Qeyd olunub ki, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

- müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

- dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında üçtərəfli tərəfdaşlıq münasibətlərini təşviq etmək, bu məqsədlə təhlillər və monitorinqlər aparmaq, sorğular keçirmək və onlar arasında qarşılıqlı əməkdaşlığın stimullaşdırılması və inkişafı istiqamətində tədbirlər görmək;

- vətəndaş cəmiyyətinin prioritet istiqamətlərini öyrənmək, ictimai təşəbbüskarlığın inkişafına dair təklifləri dəstəkləmək, eləcə də aidiyyəti dövlət orqanlarının (qurumlarının), qeyri-hökumət təşkilatlarının, ictimaiyyət nümayəndələrinin və digər maraqlı tərəflərin iştirakı ilə həmin təkliflərin ictimai müzakirəsini təşkil etmək;

- qeyri-hökumət təşkilatlarına və onların iştirakı ilə keçirilən layihələrə dair bu Nizamnamənin 3.1.15-ci yarımbəndinə uyğun informasiya ehtiyatı formalaşdırmaq;

- dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair layihələrin hazırlanmasına və həyata keçirilməsinə qeyri-hökumət təşkilatlarını cəlb etmək, bu sahədə onlar üçün bərabər şərait və imkan yaratmaq, həmin layihələrin həyata keçirilməsi üçün tələb olunan vəsaitə dair tələbatı müəyyən etmək;

- Agentlik tərəfindən layihələrin dövlət büdcəsinin vəsaiti hesabına qrant maliyyələşdirilməsi zamanı şəffaflığın, obyektivliyin və hesabatlılığın təmin olunmasında iştirak etmək, eləcə də bu sahədə səmərəliliyin artırılmasına dair mexanizmlərin inkişaf etdirilməsi üçün təkliflər vermək;

- bu Nizamnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətləri nəzərə alınmaqla, təqvim ili üzrə maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulmuş qurumlar tərəfindən Azərbaycan Respublikasının hüquqi şəxsləri olan qeyri-hökumət təşkilatlarına verilən qrantlar vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzuları Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”nin 3.1.3-1-ci yarımbəndi nəzərə alınmaqla, qiymətləndirmək və bu qrantlara dair rəy vermək;

- bu Nizamnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, dövlət büdcəsindən ayrılmış, habelə qanunla qadağan olunmayan digər mənbələrdən daxil olan vəsait hesabına layihələrin müsabiqə əsasında maliyyələşdirilməsini həyata keçirmək, müsabiqədənkənar fondun həcmini və ondan istifadə qaydasını müəyyən etmək;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq, Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, icra olunan layihələrin monitorinqini və qiymətləndirilməsini aparmaq;

- bu Nizamnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, qeyri-hökumət təşkilatlarının Agentliyə təqdim etdiyi layihələrin ekspertizasını aparmaq, bu sahədə təcrübənin ümumiləşdirilməsi və ekspertiza prosedurlarının təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək;

- qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafını dəstəkləmək, bu sahədə fəaliyyəti təşviq etmək, beynəlxalq tədbirlərdə qeyri-hökumət təşkilatlarının iştirakını təmin etmək üçün vəsait ayırmaq;

- qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi üzrə müsabiqələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya müvafiq təşkil etmək, habelə bu Nizamnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına verilmiş qrantlardan qeyri-hökumət təşkilatlarının təyinatı üzrə istifadə etmələrinə nəzarət etmək;

- qeyri-hökumət təşkilatları tərəfindən layihələrin həyata keçirilməsi zamanı müqavilə öhdəliklərinin pozulması və digər sui-istifadə hallarını aşkar etdikdə, müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət etmək;

- layihələrlə bağlı qrant müqaviləsi üzrə öhdəliklərini pozan qeyri-hökumət təşkilatlarını 2 (iki) ilədək müddətə qrant müsabiqələrində iştirak hüququndan məhrum etmək;

- fəaliyyət istiqamətləri üzrə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

- Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

- kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentlik əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

- Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

- dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

- Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

- Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

- qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

- müvafiq sahədə peşəkar mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsini təmin etmək;

- bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

- müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;

- müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

- dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının ictimai təşəbbüskarlıq meyillərinin artırılmasına dair təkliflər vermək;

- dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair layihələrin həyata keçirilməsində özəl sektorun iştirakını təşviq etmək, bu sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə və maraqlı tərəflərlə müzakirələr və məsləhətləşmələr aparmaq;

- dövlət-özəl tərəfdaşlığının inkişafı ilə bağlı qeyri-hökumət təşkilatlarının, eləcə də müstəqil ekspertlərin və mütəxəssislərin potensialından səmərəli istifadə edilməsi ilə bağlı təkliflər vermək;

- Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair milli priroritetlər sahəsində yerli və xarici qeyri-hökumət təşkilatlarının təşəbbüslərini dəstəkləmək;

- beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

- dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

- fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

- müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

- əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

- xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

- bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR