Çadda müxalifət liderlərindən biri yeni keçid hökumətini tanıyıb

Çadda müxalifət liderlərindən biri yeni keçid hökumətini tanıyıb
# 03 may 2021 04:17 (UTC +04:00)

Çadda Milli Birlik uğrunda Demokratiya və Yenilənmə Partiyasının rəhbəri Saleh Kebzabo

Yeni keçid hökumətini tanıdığını elan edib.

APA TASS-a istinadən məlumat verir ki, o, partiyasının 2 üzvünün hökumətdə təmsil olunduğunu bildirib.

Partiya təmsilçilərinin biri Heyvandarlıq naziri, digəri isə Baş Katibin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Çad Prezidenti 68 yaşlı İdris Debi İtno iki həftə əvvəl üsyançılara qarşı mübarizədə aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun ölümündən sonra ordu komandanlığı yeni kabinet qurulanadək hakimiyyəti əla alıb.

Hərbi şura dərhal hökuməti və parlamenti buraxaraq, xarici sərhədləri bağlayıb, ölkədə komendant saatı tətbiq edib. İlk iclasında Çadda 18 aydan sonra demokratik seçkilərin keçiriləcəyinə dair qərar qəbul edilib.

2022-ci ilin payızında keçiriləcək prezident seçkilərində ordu tərəfindən dəstəklənən keçmiş prezidentin oğlu, 38 yaşlı Mahamat Debi Itnonun favorit olacağı istisna edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR