Pandemiya səbəbindən Mərakeşin 8 şəhərinə giriş-çıxış bağlanıb

Pandemiya səbəbindən Mərakeşin 8 şəhərinə giriş-çıxış bağlanıb
# 27 iyul 2020 04:21 (UTC +04:00)

Mərakeş hakimiyyəti koronavirusa yoluxma sayının artması səbəbindən bu gündən səkkiz şəhərə giriş-çıxışın qadağan edilməsi ilə bağlı qərar verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.

Qeyd edilib ki, son günlər koronavirusa yoluxma sayının əhəmiyyətli dərəcədə artması ilə əlaqədar olaraq iyulun 27-si saat 00:00-dan etibarən Kasablanka, Tanjier, Tetuan, Fez, Marrakeş, Meknes, Berraşid və Settat şəhərlərinə giriş-çıxış qadağan olunub.

Qərara əsasən, yalnız xüsusi icazəsi olan müəssisələr faəliyyət göstərəcək. Eyni zamanda yük daşımalara da icazə verilib.

Qeyd edək ki, son sutka ərzində Mərakeşdə 633 yoluxma baş verib. Bir gün əvvəl isə ölkədə anti-rekord qeydə alınıb - 811 yoluxma.

Krallıqda ümumilikdə 20 mindən çox insan koronavirusa yoluxub. Onlardan 16,4 mini sağalıb, 313-ü ölüb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR