CAR-ın keçmiş Prezidenti, Nobel Sülh Mükafatı laureatı Frederik de Klerk vəfat edib

CAR-ın keçmiş Prezidenti, Nobel Sülh Mükafatı laureatı Frederik de Klerk vəfat edib
# 11 noyabr 2021 15:17 (UTC +04:00)

Cənubi Afrika Respublikasının (CAR) keçmiş Prezidenti, Nobel Sülh Mükafatı laureatı Frederik Villem de Klerk vəfat edib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Frederik Villem de Klerk Fondu məlumat yayıb.

Bildirilib ki, sabiq Prezident 85 yaşında bu gün səhər Keyptaundakı evində vəfat edib.

Ötən il ona ağciyər xərçəngi diaqnozu qoyulmuşdu.

Frederik de Klerk CAR-ın sonuncu ağdərili prezidenti olub. O, 1989-cu ilin sentyabrından 1994-cü ilin mayına qədər ölkəyə rəhbərlik edib.

Frederik Villem de Klark 1990-cı ildə Nelson Mandelanı həbsdən azad edib.

O, 1994-cü ildə çoxpartiyalı seçkilərdən sonra prezident Mandelanın iki müavinindən biri olub.

1993-cü ildə Nelson Mandela və Frederik Villem de Klerk aparteid rejiminin dinc yolla aradan qaldırılması üçün gördüyü işlərə və yeni demokratik Cənubi Afrikanın əsaslarının qoyulmasındakı fəaliyyətinə görə birgə Nobel Sülh Mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR