Əlverişsiz havaya görə 500-dən çox insanı əqrəb sancıb

Əlverişsiz havaya görə 500-dən çox insanı əqrəb sancıb
# 16 noyabr 2021 06:19 (UTC +04:00)

Misirin Asuan əyalətində külək və leysan ciddi dağıntılara səbəb olub.

APA-nın xəbərinə görə, regionda 503 nəfər əqrəb sancması şikayəti ilə xəstəxanalara müraciət edib.

Yuvalarına su dolmuş əqrəblər yaxınlıqdakı evlərə hücum edib. Əyalət qubernatoru bildirib ki, əqrəb sancmasından azı 4 nəfər dünyasını dəyişib. Ərazidə məktəblər bağlanıb. Xəstəxanalar gücləndirilmiş rejimdə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR