Əlcəzairin keçmiş Baş Naziri prezident seçkisində qələbə qazanıb

#
# 16:07
13 dekabr 2019

Əlcəzairin sabiq Baş Naziri Abdelmacid Tebbuni prezident seçkisində qələbə qazanıb.

APA-nın "Sputnik"ə istinadən verdiyi xəbərə görə, Əlcəzairin seçki komissiyası Tebbuninin səslərin 58 faizini topladığını bildirib.

Seçici fəallığı 40 faiz olub.

Xatırladaq ki, keçmiş prezident Abdelaziz Bouteflika 2019-cu ilin fevralında prezident seçkisində iştirak edəcəyini bəyan etdikdən sonra ölkədə genişmiqyaslı etiraz aksiyaları başlamış və o, aprel ayında istefa verməyə məcbur olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR