Somalidə BMT konvoyuna bombalı hücum olub, ölənlər var

Somalidə BMT konvoyuna bombalı hücum olub, ölənlər var
# 25 noyabr 2021 11:17 (UTC +04:00)

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib, ölənlər var.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, paytaxtda baş verən partlayışda ən azı 5 nəfər ölüb, 23 nəfər yaralanıb.

Terror aktı ilə bağlı məsuliyyəti “Əl-Şəbab” terror qruplaşması öz üzərinə götrüb. Qruplaşmanın hərbi əməliyyatlarla bağlı sözçüsü Abdiasis Əbu Musab bildirib ki, hücumun hədəfi BMT-nin konvoyu olub.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış o qədər güclü olub ki, yaxınlıqdakı məktəb uçub, avtomobillər yararsız hala düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR