Sudanda sülhməramlı qüvvələrin 7 əsgəri öldürülüb

Sudanda sülhməramlı qüvvələrin 7 əsgəri öldürülüb
# 10 iyul 2008 08:03 (UTC +04:00)
APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Şimali Darfurda mülki şəxslərin ölümü ilə bağlı faktları araşdıran sülhməramlı kontingentin patrulları atlarla və “JEEP”lərlə gələn 200-ə yaxın silahlı şəxsin mühasirəsinə düşüb. İki saata yaxın davam edən döyüş zamanı 7 sülhməramlı öldürülüb, 22-si yaralanıb. Ölənlərin 5-i Ruanda əsgərləri, 2-si isə Qana və Uqandadan olan polis zabitləridir.
Qeyd edək ki, Darfurda sülhməramlı əməliyyat 2007-ci ilin dekabrında başlayıb. Hazırda bölgədə 9 min sülhməramlı qüvvə var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR