Alimlər ilk dəfə olaraq okapi adlanan heyvanın şəklini çəkiblər - FOTO

Alimlər ilk dəfə olaraq okapi adlanan heyvanın şəklini çəkiblər - <font color=red>FOTO</font>
# 11 sentyabr 2008 08:58 (UTC +04:00)
London – APA. London Zoologiya Cəmiyyətinin alimləri ilk dəfə olaraq okapi adlanan zürafəyəbənzər heyvanın fotoşəklini çəkiblər. APA-nın “BBC News”a istinadən verdiyi məlumata görə, okapinin görüntüsünü lentə köçürmək üçün alimlər Konqo Demokratik Respublikasının Virunga Milli Parkının ərazisində xüsusi “fototələ”lər qurublar. Nəticədə 3 okapinin təsviri fotoaparatların yaddaşına köçüb. Parkda nə qədər okapinin olduğu hələlik bəlli deyil.

Qeyd edək ki, okapilərin mövcudluğu ilk dəfə XX əsrin əvvəllərində müəyyənləşdirilib. Zahiri görünüşünə görə bu heyvan zebr və zürafənin qarışığını xatırladır. Okapilərin həddən artıq qorxaq olması və təhlükə hiss etdikdə dərhal qaçmaları bu heyvanlarla bağlı tədqiqat aparılmasını çətinləşdirir. Üstəlik, onlar dünyada yalnız Konqo Demokratik Respublikasının ərazisindəki cəngəlliklərin çox ucqar hissələrində yaşayırlar. Hazırda bu ölkədə vətəndaş müharibəsi gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR