Afrikada 478 karat ağırlığında almaz tapılıb

Afrikada 478 karat ağırlığında almaz tapılıb
# 22 sentyabr 2008 08:14 (UTC +04:00)
Lesoto-APA. Lesoto Krallığı ərazisində 478 karat ağırlığında almaz tapılıb. APA-nın məlumatına görə, almaz “Gem Diamonds” şirkətinə məxsus mədəndə aşkarlanıb. Bu, dünya tarixində ölçüsünə görə ən böyük 20-ci almazdır. Şirkətin prezidenti Klifford Elfik bildirib ki, çox uğurlu formaya malik almazdan dünyanın ən yaxşı brilyantını hazırlamaq mümkün olacaq. İlkin hesablamalara görə, yonulduqdan sonra brilyantın çəkisi ən azı 150 karat olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR