Misirdə bir nəfər “quş qripi”nə yoluxub

Misirdə bir nəfər “quş qripi”nə yoluxub
# 09 aprel 2007 10:42 (UTC +04:00)
Misirin paytaxtı Qahirə şəhərindəki xəstəxanaların birinə yüksək bədən hərarəti ilə gətirilən 15 yaşlı qızda “quş qripi” tapılıb. APA-nın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb. Dərhal müalicəsinə başlanan xəstənin vəziyyətinin sabit olduğu bildirilir. Qeyd edək ki, indiyədək Misirdə 34 nəfər H5N1 virusuna yoluxub və onlardan 13-ü dünyasını dəyişib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR