İçində 115 nəfər olan Keniya təyyarəsi qəzaya uğrayıb

İçində 115 nəfər olan Keniya təyyarəsi qəzaya uğrayıb
# 05 may 2007 10:57 (UTC +04:00)
Keniyaya məxsus “Boing-737-800” tipli sərnişin təyyarəsi bu gün Kamerunun cənubunda qəzaya uğrayıb. APA-nın xəbərinə görə, Kamerunun Duala şəhərindən Keniyanın paytaxtı Nayrobiyə uçmaq üçün havaya qalxan təyyarə ilə əlaqə qısa müddət sonra itib. Bir qədər sonra təyyarənin qəzaya uğradığı bəlli olub. Keniya hakimiyyət orqanları təyyarənin düşdüyü yerin müəyyən edildiyini açıqlayıblar. Sərnişin təyyarəsinin içində 106 sərnişin və 9 ekipaj üzvü olub. Onların hamısının öldüyü güman edilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR