Liviyada ömürlük həbsə məhkum olunmuş bolqarıstanlı tibb bacıları azadlığa buraxılıb

Liviyada ömürlük həbsə məhkum olunmuş bolqarıstanlı tibb bacıları azadlığa buraxılıb
# 24 iyul 2007 08:45 (UTC +04:00)
Liviyada ömürlük həbsə məhkum olunmuş 5 bolqarıstanlı tibb bacısı və bir fələstinli həkim bu gün səhər Fransa prezidentinin göndərdiyi təyyarə ilə Sofiyaya uçub. APA-nın xəbərinə görə, ötən gün Fransa prezidenti Nikola Sarkozinin həyat yoldaşı Sesiliya Sarkozi və Avropa Birliyinin xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner Tripoliyə gələrək Liviya lideri Müəmmər Qəddafi ilə tibb işçilərinin repatriasiyası mövzusunda son detalları müzakirə ediblər.
Qeyd edək ki, 1999-cu ildə 5 bolqarıstanlı tibb bacısı və fələstinli həkim Liviyanın Benqazi şəhərində 438 uşağın qəsdən HİV virusuna yoluxdurulması ittihamı ilə həbs ediliblər. 2004-cü ildə onlar ölüm cəzasına məhkum olunsalar da, Avropa Birliyi hər uşaq üçün 1 milyon dollar kompensasiya ödədikdən sonra Liviyanın ali qanunvericilik orqanı bu cəzanı ömürboyu həbslə əvəzləyib. Fransa prezidenti N. Sarkozi isə həkim və tibb bacılarının deportasiyasının əvəzində Benqazi xəstəxanasının müasirləşdirilməsini öz boynuna götürüb. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR