Əlcəzair Mərakeşlə diplomatik əlaqələri kəsdiyini elan edib

Əlcəzair Mərakeşlə diplomatik əlaqələri kəsdiyini elan edib
# 25 avqust 2021 03:16 (UTC +04:00)

“Bu gündən etibarən Əlcəzair Mərakeşlə davam edən uzunmüddətli diplomatik əlaqələrin kəsilməsi barədə qərar qəbul edib”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra bildirib.

Nazir ölkəsinin bu addımını Mərakeşin Əlcəzair ərazisində fəaliyyət göstərən iki terror hərəkatını – “Kabilin Muxtariyyəti Hərəkatı və “Rəşad” hərəkatını dəstəklədiyinə görə atdığını deyib: “Əlcəzair hökuməti hesab edir ki, avqust ayında ölkənin şimalında baş verən meşə yanğınlarında adıçəkilən terror təşkilatının fəalları da iştirak edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR