KİV: Mali prezidenti və baş naziri sərbəst buraxılacaq

Malinin həbsdə olan müvəqqəti prezidenti Ba Ndao

© APA | Malinin həbsdə olan müvəqqəti prezidenti Ba Ndao

# 27 may 2021 03:17 (UTC +04:00)

Malinin müvəqqəti prezidenti Ba Ndao və baş naziri Moktar Uan həbs edilən digər keçid hökumətinin liderləri ilə birlikdə tədricən sərbəst buraxılacaqlar.

APA Frans Press Agentliyinə istinadən xəbər verir ki, bu barədə Malinin vitse-prezidenti Assimi Qoitanın müşaviri Baba Sisse jurnalistlərə açıqlamasında bildirib.

Lakin Sisse həbs olunanların hansı tarixdə buraxılacaqlarını deməyib.

Agentliyin verdiyi məlumata görə, Malinin və BMT Təhlükəsizlik Şurasının bir neçə mühüm strateji tərəfdaşı bütün həbs olunan məmurların dərhal sərbəst buraxılmasını istəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR