Livanda dəfn mərasimində atışma zamanı bir neçə nəfər ölüb

Livanda dəfn mərasimində atışma zamanı bir neçə nəfər ölüb
# 02 avqust 2021 07:56 (UTC +04:00)

Livanın paytaxtı Beyrutun cənubundakı Halde bölgəsində dəfn mərasimi iştirakçılarının atəşə tutulması və bundan sonra meydana gələn qarşıdurmalar nəticəsində bir neçə nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Livan ordusunun “Twitter” səhifəsində yayılan məlumatda qeyd olunub.

“Halde bölgəsində dəfn mərasimində silahlı şəxslər mərasim iştirakçılarını atəşə tutublar, bundan sonra qarşıdurmalar yaranıb, nəticədə bir neçə vətəndaş və bir əsgər həlak olub və yaralanıb”, - məlumatda belə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR