Livanda matəm günü elan olunub

Livanda matəm günü elan olunub
# 14 oktyabr 2021 21:27 (UTC +04:00)

Livanın baş naziri Nəcib Mikati Beyrutdakı atışmalarda ölənlərin xatirəsinə 15 oktyabr tarixini matəm günü elan edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Livan hökumətinin dəftərxanası məlumat yayıb.

Məlumatda qeyd olunur ki, “15 oktyabr cümə günü bugünkü hadisələrin qurbanları üçün ümumi matəm günü elan ediləcək”.

Matəm günündə bütün dövlət qurumları, dövlət və özəl məktəblər bağlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR