Mərakeş donanması 440-dək miqrantı batmaqdan xilas edib

Mərakeş donanması 440-dək miqrantı batmaqdan xilas edib
# 24 avqust 2021 08:41 (UTC +04:00)

Mərakeşin Aralıq dənizi və Atlantik okeanı sahillərində patrul xidməti aparan Kral Hərbi Dəniz Qüvvələrinin bölmələri 19-23 avqust tarixlərində 438 qanunsuz miqrantı batmaqdan xilas edib.

APA TASS-a istinadən xəbər verir ki, miqrantların əksəriyyəti Səhrayanı Afrika ölkələrindəndir.

“Maghreb Arabe Presse” xəbər agentliyinin verdiyi məlumata görə, xilas edilənlər arasında üç Banqladeş vətəndaşı və bir türk də var. Miqrantlar gəmi ilə yolu keçməyə çalışsalar da, çətinliklərlə üzləşiblər.

“Xilas edilən bütün miqrantlara donanma gəmilərində ilkin tibbi yardım göstərildi, sonra sağ-salamat Mərakeş limanlarına çatdırılaraq, kral jandarma zabitlərinə təhvil verildilər”, - deyə agentlik qeyd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR