Moqadişuda baş vermiş partlayış nəticəsində azı 5 nəfər ölüb - YENİLƏNİB

Moqadişuda baş vermiş partlayış nəticəsində azı 5 nəfər ölüb - YENİLƏNİB
# 19 avqust 2021 23:08 (UTC +04:00)

Somalinin paytaxtı Moqadişuda çayxanada kamikadzenin özünü partlatması nəticəsində azı 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə yerli “Garowe” portalı yazıb.

“Moqadişuda çayxanada kamikadze tərəfindən törədilən partlayış nəticəsində azı 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb”, - deyə portalın “Twitter” səhifəsində qeyd olunub.

Bildirilir ki, terrorçu Milli Kəşfiyyat və Təhlükəsizlik İdarəsinin (NISA) qərargahının yaxınlığında üzərindəki partlayıcı qurğunu işə salıb.

Hələlik heç bir terror qruplaşması hücuma görə məsuliyyəti üzərinə götürməyib.

***

Saat 20:31

Somalinin paytaxtı Moqadişuda milli kəşfiyyat qərargahının yaxınlığında kamikadze özünü partladıb.

APA xəbər verir ki, bu barədə “Garowe” portalı məlumat yayıb.

Məlumata görə, partlayış sıx yaşayış olan kəsişmədəki çay evində baş verib. Hadisə şahidləri yaralananların olduğunu bildirsələr də, onların sayı hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR