Nigeriyada aviazərbələr nəticəsində 9 mülki şəxs ölüb, 23 yaralı var

Nigeriyada aviazərbələr nəticəsində 9 mülki şəxs ölüb, 23 yaralı var
# 17 sentyabr 2021 02:33 (UTC +04:00)

Nigeriya Hərbi Hava Qüvvələrinin ölkənin şimal-şərqinə endirdiyi aviazərbələr nəticəsində 9 nəfər ölüb, 23 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Punch” nəşri yerli təcili tibbi yardım idarəsinə istinadən məlumat yayıb.

Qəzet yazır ki, sözügedən hadisə Nigeriyanın Yobe ştatında baş verib. Yerli sakinlər ölkənin Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsinin atəş açması nəticəsində 9 nəfər ölməsi, daha bir neçə nəfərin yaralanması barədə məlumat versə də, rəsmi qurumlar bu məlumatı əvvəlcə təkzib edib. Ancaq sonradan etiraf ediblər ki, antiterror əməliyyatı zamanı mülki vətəndaşların da ölə və ya yaralana bilər. Hadisə ilə bağlı araşdırma aparılacaq.

“23 yaralı (5 uşaq, 10 kişi və 8 qadın) xəstəxanaya yerləşdirilib və hazırda dövlət xəstəxanasında pulsuz müalicə alırlar. Təəssüf ki, doqquz nəfər də ölüb”, - deyə Yobe ştatının Fövqəladə Hallar İdarəsinin “Facebook” səhifəsində yazılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR