Sudanda İŞİD terror qruplaşması üzvlərinin saxlanılması ilə bağlı aparılan əməliyyat zamanı 5 hərbçi öldürülüb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Sudan kəşfiyyatının mətbuat xidməti məlumat yayıb.
“Kəşfiyyat xidməti beş zabitini itirib, onların arasında iki zabit və üç unter-zabit var, daha bir zabit isə yaralanıb”, - məlumatda belə deyilir.
Bildirilir ki, əməliyyat zamanı müxtəlif ölkələrin vətəndaşları olan 11 terrorçu saxlanılıb. Dörd terrorçu qaça bilib, onlar hazırda təqib edilir.