Tunisdə iki qatar toqquşub, 30 nəfər yaralanıb

Tunisdə iki qatar toqquşub, 30 nəfər yaralanıb
# 08 oktyabr 2021 02:18 (UTC +04:00)

Tunisdə qatarın toqquşması nəticəsində azı 30 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə yerli “Mosaique FM” radiosu mülki müdafiə xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb.

Hadisə Ben-Arus stansiyası ərazisində baş verib. Platformadan çıxan qatar Tunis-Sus marşrutu ilə hərəkətdə olan qatarla toqquşub.

Yaralılar Ben-Arus şəhərinin xəstəxanalarına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR