ABŞ-da silahlı insident nəticəsində 2 nəfər ölüb, 14 nəfər yaralanıb

#
# 12:41
19 sentyabr 2020

ABŞ-ın Nyu York şəhərinin Roçester bölgəsində həyətyanı sahədə keçirilən şənlik zamanı silahlı insident olub.

APA “Bnonews”a istinadən xəbər verir ki, yerli vaxtla 12:30-da baş verən insident nəticəsində 2 nəfər ölüb, 14 nəfər isə yaralanıb.

Polisin məlumatına görə ölənlər 18-22 yaşlı bir kişi və bir qadındır.

İnsidentlə əlaqədar hələlik saxlanılan yoxdur.

Şahidlər insident baş verən zaman tədbirdə 100-dən çox iştirakçının olduğunu bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR