BMT Baş Assambleyası 7 ölkəni səsvermə hüququndan məhrum edib

BMT Baş Assambleyası 7 ölkəni səsvermə hüququndan məhrum edib
# 12 yanvar 2020 17:06 (UTC +04:00)

BMT-yə üzv olan 7 dövlət BMT Baş Assambleyasında səsvermə hüququndan məhrum edilib.

APA-nın xəbərinə görə, bu barədə BMT-nin saytında məlumat yerləşdirilib.

Venesuela, Qambiya, Yəmən, Lesota, Livan, Tonqa və Mərkəzi Afria Respublikası üzvlük haqqı ödəmədikləri üçün BMT Baş Assambleyasında səsvermə hüququnu itirib.

Bu ölkələr arasında ən böyük həcmdə borc Venesuelanın payına düşür. Karakasın BMT-yə 21 milyon dollar borcu var.

Borclular siyahısında Komor adaları, Somali, San-Tome və Prinsipi kimi ölkələr də var. Ancaq Baş Assambleya həmin ölkələrə 74-cü sessiyaya qədər səsvermədə iştirak etməyə icazə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR