Bayden iki ay sonra Slovakiyaya səfər edə bilər

#
# 03:43
20 aprel 2021

ABŞ Prezidenti Co Baydenin iki aydan sonra Slovakiya və ya Balkan ölkələrindən birinə səfər etməsi gözlənilir.

APA xəbər verir ki, bu barədə Slovakiyanın “Pravda” qəzeti məlumat yayıb.

“Avropanın şərq hissəsində Baydenin iki ay sonra səfər edə biləcəyi iki yer var. Bu, Bratislava və ya Balkan dövlətlərindən biri olacaq”, - deyə qəzet Dövlət Departamentindəki mənbədən sitat gətirib.

Qeyd edək ki, ABŞ prezidenti iyun ayında Avropaya səfər etmək niyyətindədir. O, NATO sammitində iştirak etməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR