Braziliyada koronavirusa yoluxanların sayı 250 mini keçib

Braziliyada koronavirusa yoluxanların sayı 250 mini keçib
# 19 may 2020 08:54 (UTC +04:00)

Braziliyada yeni növ koronavirusa yoluxan xəstələrinin sayı 254 220 nəfərə çatıb, gün ərzində 13 140 nəfərdə COVID-19-a yoluxma faktı təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Son 24 saat ərzində ölənlərin sayı 674 nəfər artıb, ölənlərin ümumi sayı 16 792 nəfər təşkil edib. Digər şüvhəli 2277 ölüm hadisəsi isə araşdırılır. İndiyədək 100 459 xəstə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR