Braziliyada son bir gündə 1305 nəfər koronavirusun qurbanına çevrilib

Braziliyada son bir gündə 1305 nəfər koronavirusun qurbanına çevrilib
# 26 aprel 2021 04:26 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 32 572 nəfərin koronavirus infeksiyasına yoluxması, 1305 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 14 340 787 nəfər yoluxub. Bu müddət ərzində 390 797 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 12 809 169 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR