Braziliyada son sutkada 51 mindən çox insan koronavirusa yoluxub

#
# 04:53
26 iyul 2020

Braziliyada son sutka ərzində daha 51 147 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 2 394 513 nəfər yoluxub. Bu müddət ərzində 86 449 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 1211 nəfər olub.

Həmçinin bu günədək 1,6 milyondan çox xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR