KİV: ABŞ-da təyyarə qəzasında 3 nəfər ölüb

KİV: ABŞ-da təyyarə qəzasında 3 nəfər ölüb
# 03 yanvar 2021 07:11 (UTC +04:00)

ABŞ-ın Miçiqan ştatında təyyarə qəzaya uğrayıb.

APA-nın məlumatına görə, bu barədə “Detroit News” qəzetinin xəbərində bildirilib.

Qəzet Oklend Polis İdarəsinə əsasən məlumat yayıb ki, ilkin məlumata görə, hadisə nəticəsində təyyarədə olan 3 nəfər ölüb. Onlardan biri pilot, ikisi isə sərnişin olub.

Hadisə yerində yanğından mühafizə bölmələri cəlb edilib. Bildirilib ki, təyyarənin düşdüyü ərazidə bir evdə güclü yanğın baş verib. Sakinlər vaxtında evdən çıxmağı bacarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR