Kanadada məktəb avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Kanadada məktəb avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
# 03 dekabr 2019 05:34 (UTC +04:00)

Kanadanın Alberta əyalətində, Smoki-Leyk şəhəri yaxınlığında məktəb avtobusu və avtokranın toqquşması nəticəsində üç nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə məlumat “CBC” telekanalında yayımlanıb.

Qəza zamanı avtobusda sürücü ilə yanaşı 14 ibtidai və yuxarı sinif şagirdləri olub. Üç uşaq, o cümlədən iki yeniyetmə ağır vəziyyətdə helikopterlə Smoki-Leykdən 115 km şimal-şərqdə yerləşən Edmonton Uşaq Xəstəxanasına aparılıb. Qalan uşaqlar və nəqliyyat vasitələrinin sürücüləri ciddi xəsarət almayıblar.

Polis qəzanın səbəblərini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR