Kanadanın Toronto şəhərində silahlı insident olub

Kanadanın Toronto şəhərində silahlı insident olub
# 17 fevral 2020 01:22 (UTC +04:00)

Kanadanın Toronto şəhərinin mərkəzində baş verən atışmada bir nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Global News” telekanalı məlumat yayıb.

Hadisə Yanq və Cerrard küçələrinin kəsişməsində baş verib. Polisə məlumat yaxınlıqda yaşayan sakinlər tərəfindən verilib, onlar küçədə silah səsləri eşitdiklərini deyiblər. Hadisə yerinə gələn polis orada yaralı bir kişini aşkar edib. O, xəstəxanaya aparılıb, onun şəxsiyyəti hələlik açıqlanmır.

Qeyd edək ki, fakta görə hələ ki heç kim saxlanılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR