Kanadanın baş naziri və xanımı "AstraZeneca" preparatı ilə peyvənd olunublar

Kanadanın baş naziri və xanımı "AstraZeneca" preparatı ilə peyvənd olunublar
# 24 aprel 2021 04:38 (UTC +04:00)

Kanadanın baş naziri Castin Trüdo və xanımı Sofi Qrequar-Trüdo “AstraZeneca” şirkətinin koronavirusa qarşı preparatı ilə peyvənd olunublar.

APA xəbər verir ki, bu barədə baş nazir özünün Twitter” səhifəsində yazıb.

“Bu gün Sofi ilə mənim peyvənd olunmaq növbəmiz çatdı və bunu etdik”, - deyə baş nazir bildirib.

Trüdo özünün və xanımının “bundan çox məmnun olduğunu” qeyd edib.

Baş nazir və həyat yoldaşı preparatın ilk komponentini qəbul ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR