Maduro AB-nin Karakasdakı nümayəndəsinə ölkədən getməsi üçün 72 saat vaxt verib

Maduro AB-nin Karakasdakı nümayəndəsinə ölkədən getməsi üçün 72 saat vaxt verib
# 30 iyun 2020 05:15 (UTC +04:00)

Avropa Birliyi venesuelalı 11 yüksək vəzifəli şəxsə və parlamentarilərə qarşı sanksiya tətbiq etdikdən sonra Venesuela hökuməti AB-nin Karakasdakı nümayəndəsini ölkədən qovmaq qərarına gəlib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin prezidenti Nikolas Maduro öz açıqlamasında deyib.

“AB-nin Karakasdakı nümayəndəsinə ölkəni tərk etməsi üçün 72 saat vaxt vermək qərarına gəldim. Avropa müstəmləkəçiliyi və Venesuela ilə münasibətdə təqiblər yetər”, - deyə Maduro “Venezolana de Televiziya” telekanalının efirində bildirib.

Maduro əlavə edib ki, avropalı diplomatın ölkədən getməsi üçün təyyarə də təşkil edilib: “Bundan sonra AB ilə məsələləri tədricən yoluna qoyacağıq. Əgər onların xoşuna gəlmiriksə, əgər onlar Venesuelaya hörmət etmirlərsə, onda getsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR